Dəm qazı bu dəfə 2 nəfəri xəstəxanalıq etdi

Dəm qazı bu dəfə 2 nəfəri xəstəxanalıq etdi

Bakı və İsmayıllı sakini dəm qazından zəhərləniblər.
 
Bakıda baş verən hadisədə15 yaşlı məktəbli dəm qazından zəhərlənib.
 
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Rahim Quliyev dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, R. Quliyev orta məktəb şagirdidir. 
 
 
İsmayıllı rayonunda dəm qazından zəhərlənmə hadisəsi rayonun Mican kəndində qeydə alınıb.
 
Kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Baba oğlu hamamda çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən tez xəbər tutaraq, evə həkim dəvət ediblər.
 
O. Cəfərova ilkin tibbi yardım göstərildikdən sonra o, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib, vəziyyəti orta-ağır olaraq qalır. 
 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru