Dünyanın ən böyük təyyarəsi Leypsiq aeroportunda yanıb

Dünyanın ən böyük təyyarəsi Leypsiq aeroportunda yanıb

Almaniyanın Leypsiq şəhərinin aeroportunda dünyanın ən böyük təyyarəsi olan An-225 "Mriya" təyyarəsinin mühərriklərindən biri yanıb.
 
APA-nın "sachsen-fernsehen.de" saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə doqquz yağınsöndürmə heyəti cəlb olunub. Yanğının qarşısı 15 dəqiqə ərzində alınıb.
 
Məlumatda bildirilir ki, təyyarə Çiliyə uçmağa hazırlaşırmış.
 
1988-ci ildə SSRİ-də istehsalına başlanan reaktiv yük təyyarəsi olan An-225 "Mriya" dünyada ən böyük təyyarə hesab olunur. /

Google+ WhatsApp ok.ru