Dərbənd sakini təyyarəni partlatmaq təhlükəsinə görə həbs olundu

Dərbənd sakini təyyarəni partlatmaq təhlükəsinə görə həbs olundu

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərinə məcburi eniş edən sənişin təyyarəsində olan Dağıstan sakini həbs olunub. Bu barədə "Kavkazskiy uzel" saytı məlumat yayıb. Məlumata görə, Moskva-Kalininqrad şəhərləri arasında uçuş edən sərnişin təyyarəsində olan Dağıstan sakini "Vzarvu" (Partladacağam) sözünü işlətdiyi üçün təyyarə Sankt-Peterburqda məcburi eniş edib.
 
Saxlanılan şəxsin kimliyi açıqlanmasa da, onun Dərbənddə yaşayan tır sürücü olduğu bildirilir. Əgər cinayəti sübuta yetirilərsə bilərəkdən yalan ifadə vermə ittihamı ilə dağıstanlını 3 ilə qədər həbs cəzası gözləyir.
 

Google+ WhatsApp ok.ru