Daş atdıqlarına görə fələstinliləri 20 il həbs gözləyir

Sionist rejimi Cinayət Məcəlləsində ilk dəyişiklərə imza atıb.
Maide.az-ın məlumatına görə, təklif olunan dəyişikliklərdə daş atan fələstinlilərə 20 il həbs cəzası nəzərdə tutulur. Bu qərar yəhudi "tolerantlığının " sonuncu pilləsidir. 
Siyasi analitiklər xəbərdarlıq edirlər ki, yəhudilərin siyasəti, qanunsuz tikililəri və Cinayət Məscəlləsinə bu kimi dəyişikliklər etmələri fələstin xalqının müqavimətini daha da şiddətləndirəcək. 
Bir neçə fələstinli daş atdığına görə artıq həbs olunub. Tələbə Məhəmməd Şanak aksiya zamanı polis maşınına daş atdığı üçün 3 ay müddətinə azadlıqdan məhrum olunub,lakin o bildirir ki, heç kimə xəsarət yetirməyib. Tələbə qeyd edir ki,daş atmaq bu dövrdə fələstin xalqının israil rejiminin törətdiyi cinayətlərə etiraz etmək üçün yeganə vasitədir. Bu ilin iyul ayından mindən artıq fələstinli gənc israil rejim quldurları tərəfindən həbs edilib. 300 nəfərə yaxın fələstinli isə aksiyalarda iştirak etdiyi üçün müxtəlif təzyiqlərə məruz qalıb. 
Fələstinlilərin sözlərinə görə, radikal yəhudilərin Məscidil-Əqsaya hücumlarından sonra etirazlar daha da çoxalıb. Bundan əlavə etirazçıların xüsusi narahatçılığına fələstin ərazilərində israil orqanlarının təsirinin artması səbəb olur.  //

 

Google+ WhatsApp ok.ru