Yəməndə Əl-Qaidə komandiri həbs olundu

Yəməndə Ənsarullah hərəkatının ölkənin cənubi-qərbində Əl-Qaidənin bazasına hücum təşkil etdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Ənsarullah hərəkatı təşkil olunan hücumda Əl-Qaidənin Adindəki komandirlərindən olan Əli Abdulla Əl-Baninin əvvəl mühasirəyə alındığını və sonra da həbs olunduğunu bildirib.
 
Həmçinin Ənsarullah hərəkatının əl-Adin şəhərinin təhlükəsizliyini ələ keçirdiyi və terrorçu Əl-Qaidənin bir günlük işğalına son qoyduğu deyilir.

Google+ WhatsApp ok.ru