Daha bir Avropa dövləti Fələstini tanımağa hazırlaşır

Maide.az xəbər verir ki, daha bir Avropa ölkəsi Fələstini dövlət kimi tanımağa hazırlaşır. Belə bir açıqlama ilə Fransanın xarici işlər naziri Laurent Fabius çıxış edib. O, İsrail və Fələstin arasında danışıqların yenidən canlanacağı təqdirdə belə bir aadım atacaqlarını söyləyib. Onun sözlərinə görə, Fransa İsrail-Fələstin problemlərinin həlli üzrə beynəlxalq konfransa sponsorluq etməyə hazırdır.
 
Konfrans bu ilin yazında İsrail, Fələstin, ABŞ, AB, Ərəb dövlətlərinin təmsilçiliyə ilə keçirilə bilər.
 
Fələstin administrasiyasının BMT-dəki daimi nümayəndəsi Riad Mansur Fransanın qərarını alqışlayıb, amma İsrail rejiminin reaksiyası soyuq olub.
 
Qeyd edək ki, indiyə kimi Avropanın bir neçə aparıcı dövləti Fələstini dövlət kimi tanıyıb.

Google+ WhatsApp ok.ru