Daşkənddəki məscidlərdən birinə İslam Kərimovun adı veriləcək

Daşkənddəki məscidlərdən birinə İslam Kərimovun adı veriləcək

 
Məscid İslam ata adlandırılacaq
 
Özbəkistan paytaxtı Daşkənddəki məscidlərdən birinə ölkənin ilk prezidenti İslam Kərimovun adı veriləcək və "İslom ota" ("İslam ata") adlandırılacaq.
 
Özbəkistan KİV-ə istinadən xəbər verilir ki, bunu İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva bildirib.
 
"Din xadimlərinin və ictimaiyyətin təklifi ilə Daşkənddəki məscidlərdən birinin adı dəyişdirilərək Özbəkistanın birinci prezidenti, atam İslam Kərimovun xatirəsinə  "İslom ota" adlandırılacaq", - deyə o, "Facebook" səhifəsində yazıb. (report) /

Google+ WhatsApp ok.ru