Daşınmaz əmlak bazarında quş uçur, qulaq cingildəyir

Daşınmaz əmlak bazarında quş uçur, qulaq cingildəyir

"Exo" qəzetində "Azərbaycanın mənzil bazarında "ölü fəsil"" sərlövhəli məqalə oxumaq olar.
 
Daşınmaz əmlak sahəsində ekspert Rəşad Əliyev bazardakı vəziyyəti qəzetə belə dəyərləndirib:
"Azərbaycan daşınmaz əmlak bazarında sabit durğunluqdur. Əgər əvvəl paytaxt bazarında aparıcı satıcı idisə, bu gün qaydalar dəyişib. Artıq bazarı alıcı tənzimləyir və burada tələb təklifi doğurur. Əhalidə mənzil almağa pul yoxdur. Azərbaycanın daşınmaz əmlak bazarı dayanıb və bazarda çökmə gözlənir".
 
Ekspertin deməsinə görə, hazırda bazarda "ölü fəsil"dir. 2017-ci ilin əvvəlində bir qədər bahalaşma hiss olunub. Amma qiymət artımı uzun çəkməyib:
"Bu, dövlətin ipoteka krediti proqramının aktivləşməsi ilə bağlı idi. Daşınmaz əmlak bazarı enmə dövrü yaşayır. Mən daşınmaz əmlak bazarında qiymətlərin bir qədər də enə biləcəyini istisna etmirəm. 2017-ci ilin sonuna kimi qiymət artımından danışmağa dəyməz. Çünki bunun üçün obyektiv səbəblər yoxdur".
 
R.Əliyev deyib ki, daşınmaz əmlak bazarında artıq gözləmə mövqeyi tutanlar da yoxdur. Bu dövr də arxada qalıb:
"Biz əvvəlki kimi yeni qiymət enməsini görməyəcəyik. Son iki ildə biz hamımız daşınmaz əmlak bazarında hər şeyin enməyə doğru getdiyini gördük. Tikinti şirkətləri öz işlərini dayandırmalı oldular. Əhalidə mənzil almağa pul yoxdur, həm də tikintinin maya dəyəri bahalaşır. Bu, hər şeydən əvvəl manatın düşməsi ilə bağlıdır. Tikinti materiallarının bahalanması gedir". /

Google+ WhatsApp ok.ru