Dağıstanda 18 hicablı tələbə saxlanılıb

Dağıstanda 18 hicablı tələbə saxlanılıb

FaktXəbər-in verdiyi məlumata görə, Dağıstandakı Rusiya təhlükəsizlik orqanları Maxaçqaladakı dil kursları mərkəzinə gələn 18 hicablı qızı saxlayıb.
 
Dil kursları mərkəzinin müdiri Alena Dzioubinski qeyd edib ki, mərkəz hələ ki açılışa hazırlaşır. Təmir işləri davam edirdi. Dərslər müntəzəm olaraq başlamayıb. Hicablı xanımlar qeydiyyat üçün gəlmişdilər. Polis də onların şəxsiyyətini müəyyənləşdirmək üçün idarəyə aparıb.
 
Rusiya polisi 18 hicablı xanımla birlikdə mərkəzdə olan üç nəfəri və küçədə qızlarının sərbəst buraxılmasını istəyən bir nəfəri də polis idarəsinə aparıb.
 
Saxlanılanlar dindirildikdən sonra sərbəst buraxılıblar.
 
Qeyd edək ki, Dağıstanın paytaxtı Maxaçqaladakı məktəblərdə tələbələr üçün xüsusi sinif pasportu yaradılıb. Bu pasportla, qız şagirdlərin hicablı olub-olmadığı aydın olur.
 

Google+ WhatsApp ok.ru