İŞİD terrorçularının  Mosul ətrafında qazdığı tunellər -  VİDEO

İŞİD terrorçularının Mosul ətrafında qazdığı tunellər - VİDEO

İraqın şimalında Mosul şəhərinin azadlığı uğrunda gedən əməliyyatlarla yanaşı  İraq qüvvələri çoxlu tunellər kəşf ediblər ki, İŞİD terrorçuları həmin tunelləri müxtəlif bölgələrdə qazıb hazırlayıb. 
 
Maide.Az xəbər verir ki, CNN kanalı Mosul təpələrində qazılmış tunellərin görüntülərini yayımlayıb. Videoda müşahidə olunur ki, bu tunellər o qədər geniş ərazini əhatə edib ki, terrorçular həmin tunellərdən keçərək Mosul ətrafında İraqlı qüvvələrin qarşısını almağa çalışırmış. 
 
Onlar  tunellərin içərisində balaca otaqlar da hazırlayıblar ki, həmin otaqlarda  bir neçə gün qalmaq mümkün olub. Lakin İŞİD terroçuları bu tunellərlə belə Mosulun azadlığı uğrunda gedən əməliyyata maneə yarada bilməyib. Artıq İraq qüvvələri Mosulun şərqindəki şəhərin 5 kilometrliyinə çatıblar. Pişmərgə komandirləri də elan edib ki, Mosulun şimalında şəhərin 8 kilometrliyinə çatıblar. 
 
Oktyabrın 17-dən  İraq Baş naziri Heydər Əl-Abadi Mosulun İŞİD-dən azad edilməsi üzrə Mosul əməliyyatının başladığını bildirib. Onminlərlə ordu, polis və könüllülərdən ibarət qüvvələr müxtəlif istiqamətlərdən Mosulun azad edilməsi üzrə əməliyyat iştirak edir. 
 
Ötən günlər ərzində Mosul ətrafında onlarla kənd və şəhər terrorçuların işğalından azad olunub. /

Google+ WhatsApp ok.ru