Dağıstanda 2 terrorçu öldürülüb

Maide.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, Mahaçqalanın Sovetski rayonunda ötən gün “əməliyyat-döyüş tədbirləri” ilə əlaqədar olaraq elan olunmuş antiterror əməliyyat rejimi ləğv olunub. Bildirilir ki, antiterror əməliyyat rejimi ötən gün yerli vaxtla 22.00-da dayandırılıb. Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, Mahaçqalanın Ömərov küçəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində 2 silahlı məhv edilib. 

Google+ WhatsApp ok.ru