Vəhhabilər amerikalı jurnalistin başını kəsiblər

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mənsubları France Presse agentliyinin reportyoru, amerikalı Ceyms Rayt Foulini edam ediblər.

Edamın videosu çəkilib və İnternetdə "ABŞ üçün məlumat" adı ilə yayılıb.


 

"Reuters"-in bildirir ki, 40 yaşlı C.Fouli 2012-ci ilin noyabrın 22-dən Suriyada terrorçuların əlinə keçmişdi.

İŞİD terrorçuları daha bir amerikalı jurnalisti edam edəcəklərini bildiriblər. Onların sözlərinə görə, həmin şəxsin həyatı "Barak Obamanın qərarlarından və əməllərindən asılıdır".

İŞİD-in edam etməyə hazırlaşdığı jurnalistin TIME magazine-in əməkdaşıStiven Soltoff olduğu vurğulanır.


 

Terrorçuların bəyanatında bildirilib ki, "ABŞ İraqdakı hərbi əməliyyatlarını davam etdirərsə, amerikalıları qan içində boğacaqlar".

Ağ Evin rəsmisi Erik Şultsun dediyinə görə, ABŞ prezidenti Barak Obamaamerikalı jurnalist Ceyms Foulinin başının kəsildiyi anların əks olunduğu videodan xəbərbardır.

2012-ci ilin noyabrın 22-də Suriyanın şimal-qərbində oğurlanana qədər C.Fouli Yaxın Şərqdəki olaylarla bağlı GlobalPost, NBC News və PBS NewsHour üçün də reportajlar hazırlayırdı. O, Livanda bir ay əsir qalmışdı.


 

Ceyms Rayt Foulinin valideynləri Con və Dian videoda oğullarının əks olunduğunu təsdiqləyiblər.

Coel Soltoffun edam olunacağının vurğulandığı videoda isə İŞİD terrorçusu Britaniya ləhcəsi ilə danışıb. /milli.az/

Google+ WhatsApp ok.ru