Dağıstanda baş verən zəlzələ Zaqatala rayonunda hiss olunub

Dağıstanda baş verən zəlzələ Zaqatala rayonunda hiss olunub

Bakı vaxtı ilə saat 12:53-də Dağıstanda 5,2 bal gücündə zəlzələ baş verib, xəbəri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzi yayıb.
Zəlzələnin episentri 42 km dərinlikdə, Azərbaycanın Zaqatala rayonundan 36 km məsafədə yerləşən Dağıstan ərazisində baş verib.
Zaqatalada yeraltı təkanlar 4 bal gücündə, ətraf rayonlarda 3 bal gücündə hiss olunub.
Bununla belə, Zaqatala rayonunda olan yerli sakinlər Turan-a bildiriblər ki, onlar yeraltı təkanları hiss etməyiblər. (contact)

Google+ WhatsApp ok.ru