Dağıstanda saxlanılan “nurçular” arasında azərbaycanlı da var

Rusiya Federasiyasının Dağıstan Respublikasında “nurçular”a qarşı həyata keçirilmiş irimiqyaslı əməliyyat zamanı saxlanılan 14 nəfər arasında Rusiya vətəndaşlığı almış azərbaycanlı da var.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Dağıstanın bir sıra rayonlarında və şəhərlərində keçirilmiş əməliyyat zamanı polis şöbəsinə 14 nəfər gətirilib, lakin onlardan ikisi saxlanlılıb. Həmin şəxslərin həbsinə hazırlıq görülür. Gətirilən şəxslər arasında daha əvvəl Rusiya vətəndaşlığı almış azərbaycanlı da var. Onun adı açıqlanmayıb.
 
Qeyd edək ki, Rusiyada “nur” cərəyanının fəaliyyəti qadağan edilib.

Google+ WhatsApp ok.ru