Bərzanidən kürd - türk müharibəsi xəbərdarlığı

İraq Regional Kürd Rəhbərliyi (IKBY) lideri Bərzani, "Ankara təcavüzünün arxasından PKK çıxarsa, kürd - türk müharibəsi başlayar" - deyib.
 
Maide.az xəbər verir ki, "Sky News" televiziyasına verdiyi müsahibədə Bərzani, Ankara təcavüzü, IKBY-nin müstəqilliyi və regiondakı hadisələrlə bağlı açıqlama verib.
 
13 martda Ankarada 37 nəfərin ölümü, 122 nəfərin də yaralanması ilə nəticələnən bombalı hücum haqqında Bərzani belə deyib:
 
"İndiyə qədər PKK bu təcavüzü rəsmən üzərinə götürməyib. Araşdırmalar davam edir. Ancaq şübhəyə yer buraxmayacaq şəkildə PKK-nın bu təcavüzün arxasında olduğu ortaya çıxarılarsa, bu kürd millətini böyük bir ittihamla qarşı-qarşıya qoyur".
 
Hücuma dair qayğılarını dilə gətirən Bərzani, "Böyük bir fəlakətə yol açar və problemlər daha da böyüyər. Bu, Türkiyədə kürdlərlə türklər arasında böyük bir milli müharibəyə çevrilər" deyib.
 
Qeyd edək ki, Türkiyənin Daxili işlər Nazirliyindən verilən son açqlamada hücumu həyata keçirənin PKK üzvü 1992-ci il təvəllüdlü Səhər Çağlayan Dəmir olduğu bildirilmişdi.

Google+ WhatsApp ok.ru