Dağıstan prezidenti İmam Hüseyn Məscidini satışa çıxardı - FOTO

Ramazan Abdulatipov Dağıstanda prezident kürsüsünə oturzdurulan kimi Noqay, Kumuk və Azərbaycanlılara məxsus torpaqları, tarixi memarlıq abidələrini, hətta məzarlıqları belə dolayı yolla özəlləşdirmək üçün satışa çıxarmağa başlayıb. Bunun üçün Noqay rayonundakı ərazilərin şəkər çuğunduru tarlalarının yaradılması və onun  emalı zavodunun inşası, Kumuklara məxsus Qaraman rayonunun ərazilərinin lak və avarların əli ilə özəlləşdirilməsi, Dərbəndin rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı saxta ittihamlarla cinayət suçlaması iddialarının gündəmə gətirilməsi günün gerçəklərindən biridir. Bu yöndə Ramazan Abdulatipov və İmam Yarəliyev hərəkətə keçərək, artıq özlərinin qanunsuz əməllərinə hüquqi don geyindirməyə belə başlayıblar. 
 
Anti-Azərbaycan koalisiyasının cinayətləri 
 

FaktXəbər-in Dərbəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ramazan Abdulatipov Dərbəndin icra hakimiyyəti başçısı Qurban Qurbanovun 57 hektar torpaq sahəsini əhaliyə satması iddiasını irəli sürdükdən sonra, bu yöndə ciddi faktlar ortaya çıxıb. Bəlli olub ki, həmin ərazilər Qurban Qurbanov 4 yaşında olarkən, yəni 1960-cı illərin başlanğıcında əhaliyə torpaq payı kimi verilib. Bu ciddi fakta məhəl qoymayan Abdulatipov öz qanunsuz əməllərini təkcə Dərbəndə şəhərində deyil, bölgədəki Kizlər, Karaman, İnciqala (Maxaçqala), Untsukul, Qayakənd, Tabasaran və digər rayonlarda da həyata keçirməkdədir. Onun qanunsuz əməllərindən daha da cuşa gələn, 1991-ci ildən bu günə kimi Azərbaycan dövlətçiliyi əleyhində fəaliyyət göstərən  bölücü “Sadval” təşkilatlının gizli lideri, ləzgilər arasında “İmam Dax” (millət atası) kimi təbliğ olunan İmam Yarəliyev də açıq şəkildə hərəkət etməkdədir.
 
Dərbənd şəhərinin mərkəzindəki Nizami Gəncəvi adına parkın ərazisini mümkün qədər kiçiltmək və onun ətrafındakı qədim məzarlığı gizli şəkildə “sadvalçı”lar arasında bölməyə başlamışdır. Bu qanunsuz əməlidən ilhamlanaraq, Sovet İttifaqı Qərhrəmanı, milliyyətcə azərbaycanlı Şəmsulla Əliyevin xatirəsinə ucaldılan abidəni uşuraraq, parkın yerində öz həmfikirliləri üçün kafe-bar açmağı planlaşdırıb. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlıların haqq səsini İnciqalada və nə də Dərbənddəki yerli hakimiyyət dinləmək belə istəmir. Abdulatipov və Yarəliyev birliyi Dərbənddə məscidləri də satışa çıxarıblar. İlk addım kimi, “İmam Hüseyn” adını daşıyan məscidi (tarixi adı “Həmşəri”) və onun ətrafındakı ərazini satışa çıxarıblar. Yerli əhalinin açıqlamasına görə, durumun belə davam edəcəyi təqdirdə, anti-Azərbaycan koalisiyası şəhərin yuxarı məhəllələrinə doğru hərəkətə keçməyi planlaşdırır. Bu siyasətin təməl prinspi isə Dərbənddə yaşayan 150  minlik azərbaycanlını səssiz şəkildə deportasiya etməkdir. Şəhər əhalisinin 80 faizinin azərbaycanlı olmasına baxmayaraq, idarə və müəssisələrdə çalışan soydaşlarmızın hamısını 2011-cu ildən bu yana bütün vəzifələrdən uzaqlaşdırıblar. Son vəzifə başçısı Qurban Qurbanovun da saxta ittihamlarla hakimiyyətdən uzaqlaşdırılması ilə bütün bunlara nöqtə qoyulub. 
 
 
 
“İmam Hüseyn” məscidinin yerində sadvalçılar bazar tikəcəklər
 
Bu gün “İmam Hüseyn” məscidi kimi istifadə olunan tarixi memarlıq abidəsinin uçurulması, onun yerində bazar inşa edilməsi üçün Dərbənd şəhərinin meri İmam Yarəliyevin xüsusi qərarı da var. “Həmşəri” məscidinin ərazisinin yeni sahibi qismində şəhər ictimai iaşə kombinatının keçmiş direktoru Kistaman Ağamirzəyeva adlı birisi də peyda olub. Bu qadın uzun illər “Sadval” təşkilatının gizli sponsoru kimi də bölgədə məşhurdur. O, şəhər bələdiyyəsinin Memarlıq və Şəhərsalma İdarəsinin baş memarı və Yarəliyevin sağ əli sayılan Minqajtdin Əlixanovla birlikdə bu siyasəti həm də sənədli şəkildə rəsmiləşdirib. Dərbəndin Lenin küçəsində yerləşən “Həmşəhri” məscidi ilə bağlı sənədləşmələri isə keçmiş Sovetlər Birliyi dönəmindəki arxiv sənədlərinə istinadən “heç bir önəmi olmayan tikili” adı altında özəlləşdirilib. Çünki həmin dönəmdə dini və tarixi abidələrin mövcud olması yasaqlanmışdı. Ağamirzəyeva məscidin, yəni tarixi memarlıq abidəsinin yerində bazar inşa etmək üçün hətta yerli əhalini qorxudaraq açıq şəkildə bildirir ki, onun Moskvada yüksək səviyyədə havadarları var. Əhali bu qanunsuzluqlara etiraz olaraq, Ramazan Abdulatipov və İmam Yarəliyevə rəsmi diləkçə ilə çoxsaylı müraciətlər etsələr də, hələ ki, cavabı ala bilməyiblər. Əhali məscidin texniki pasportunu, fotosunu, tarixi mənbələrdə qeyd olunan sənədləri müvafiq dövlət stukturlarına təqdim etsə də, onları dinləyən yoxdur.      
 
“Sadval” təşkilatı, Ramazan Abdulatipov və və “Milyaderlər İttifaqı” birgə işləyir
 
1946-cı ildə Sovetlər Birliyinin qərarı ilə “Həmşəri” məscidinin fəaliyyəti dayandırılmış və onun ərazisində Dərbənd şəhər ictimai iaşə idarəsinin nəzdində olmaqla konditer sexi açılmışdır. Burada gün ərzində 8 adda 1500 ton həcmində şirniyyat məhsulları istehsal olunurmuş. Yüz ildən çox yaşı olan bu dini abidə Sovetlər Birliyi dağıldıqdan sonra, yenidən dini məqsədlə istifadəyə verilmişdir. Bu yöndə şəhər hakimiyyətinin xüsusi qərarı da var. Rusiya qanunvericiliynə görə, kilsə, məscid və sinaqoqların əraziləri özəlləşdirilə bilməz. Həmin qanunda o da qeyd olunur ki, dini inanclarına görə mədəniyyət abidələrindən istifadə edən əhaliyə qarşı hər hansı bir qadağanın tətbiq ediılməsi yolverilməzdir. “Sadval” təşkilatı isə “podval” təfəkkürü ilə, Dərbənddə tarixi izləri addım-addım silmək üçün daha qəddarcasına hərəkət edir. Kistaman Ağamirzəyeva bu gün yerli əhalini qorxu və təhdid altında saxlamaq üçün, hətta başkənd İnciqaladan prokurorluq, polis və məhkəmənin əli ilə istədiklərini reallaşdırmağa çalışır. 
 
Dərbənddə uzun illər mühüm dövlət vəzifələrində çalışmış birinin bizə verdiyi bilgiyə görə, şəhəri öz maraqlarına qurban vermək istəyən qüvvələr birlikdə hərəkət edirlər. Bu,  “Sadval” təşkilatı, Ramazan Abdulatipovun himayəsindəki “Avar mafiyası” və “Milyaderlər İttifaqı” adlanan koalisiyasıdır. Son zamanlar bəlli qruplaşma ilə işbirliyində marağı olan və dolayı yolla Rostov və Krasnodar vilayətlərindəki erməni şirkətləri də bu prosesə qoşulmağa başlayıblar. “İmam Hüseyn” məscidinin beləcə işğal olunmasının ardınca şəhərin yuxarı məhəllələrinin də yaxın gələcəkdə yağmalanması hədəfləri artıq göz önündədir.

Google+ WhatsApp ok.ru