Dağıstan prezidentindən şok açıqlama

Maide.az xəbər verir ki, Dağıstan prezidenti Ramazan Abdulatipov respublikadan İŞİD terrorçularına qoşulan vətəndaşların sayını açıqlayıb. O, “Vedomosti” qəzetinə müsahibəsində bildirib ki, Dağıstanın hər rayonda terrorçularla mübarizə üçün antiterror komissiyası yaradılıb: "Məscidlərdə, ictimai yerlərdə silahlı qruplarla əlaqədə şübhəli bilinən şəxslərlə bu yöndə söhbətlər aparılır”.
 
Abdulatipov əlavə edib ki, Milli Antiterror Komitəsinin son toplantısında terror təşkilatına qoşulanların vətəndaşlıqdan məhrum edilməsi təklifi səsləndirilib.

Google+ WhatsApp ok.ru