Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazıb 27 Sentyabr 2017 01:00 Dünya Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb. Bu barədə RBK respublikanın güc strukturlarına yaxın mənbəyə istinadən yazıb. Bildirilir ki, Dağıstan lideri bir qrup qubernatorun işdən azad edilməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılır. Ərizəni yazmazdan öncə R. Abdulatipovu təcili olaraq Kremlə çağırıblar. İddia olunur ki, onunla istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmək istəyiblər. Mənbə bildirir ki, R. Abdulatipova bir neçə iş təklif olunub: “Bu, onun üçün gözlənilməz oldu. Ramazan Abdulatipov ömrünün axırına kimi vəzifəsində çalışacağını düşünürdü”.(apa) / Teqlər : #Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran parlamentinin fövqəladə iclası keçirilib BMT Myanma hökumətini rohinca müsəlmanlarına qarşı təqibi dayandırmağa çağırıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO