İŞİD BAŞ KƏSMƏYİ ONDAN ÖYRƏNDİ 23 Avqust 2014 01:00 Dünya ABŞ-lı jurnalist Ceyms Fouli son 12 ildə terrorçular tərəfindən öldürülən ilk Qərbli müxbir olub. Verilən məlumata görə, “Wall Street Journal”ının müxbiri Daniel Perl 2002-ci ildə “Əl-Qaidə” tərəfindən Pakistanda başı kəsilərək öldürülmüşdü. “Əl-Qaidə”də baş kəsərək öldürmək üsulunu geniş yayan isə həmin təşkilatın İraq qolunun lideri Əbu Müsab Əl-Zərqavidir. Tutduqları xarici əsirlərin başını şəxsən özü kəsdiyi üçün ona “qətliam şeyxi” təxəllüsü veriblər. Bundan başqa, öldürülməli olan əsirlərə Quantanamo həbsxanasına aid narıncı paltarları geyindirmək fikri də ona aiddir. 2005-ci ildə “Əl-Qaidə”nin o vaxtkı iki nömrəli lideri Əymən Əl-Zəvahiri də Zərqaviyə yazdığı məktubda başkəsmə videolarına son qoymağını istəyərək, “müsəlmanların bundan heç də xoşu gəlməz”, demişdi. Qeyd edək ki, “İslam Dövləti” (İŞİD) terror qruplaşması da məhz Zərqavinin İraqda lideri olduğu “əl-Qaidə” qruplaşmasının içində formalaşıb. /anspress/ Teqlər : #İŞİD BAŞ KƏSMƏYİ ONDAN ÖYRƏNDİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ: Suriya və İraqdakı terror qruplarında 50 ölkədən 12 minə yaxın insan döyüşür İraqda məscidə hücum olub - Yenilənib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO