İraqda məscidə hücum olub - Yenilənib

İŞİD sünni məscidini partladıb şiələrin üstünə atdı

11:10
İraqın Diyala bölgəsində sünni məscidinin partladılması xəbərinə İraq ordusu tərəfindən aydınlıq gətirilib.

İslamazeri.az-ın məlumatına görə, İraq ordusu və polis idarəsi tərəfindən verilən rəsmi açıqlamada teraktın İŞİD terrorçuları tərəfindən məqsədyönlü formada törədildiyi açıqlanıb. İŞİD terror təşkilatının hədəfi İraqın şiə və sünni əhalisi arasında fitnə yaratmaq olub. Terrorçular əvvəlcə atəş açıblar, sonra isə məscidi partladaraq qaçıblar.

İŞİD terrorçularının şiə bölgələrində də oxşar teraktlar törədərək, sünnilər tərəfindən edildiyi barədə böhtan xarakterli məlumatlar yaydığı da vurğulanıb.
 
10:33
İraqın şərqində sünni məscidinə hücum nəticəsində 65 nəfər həlak olub. Silahlı adamlar cümə namazı zamanı məscidə soxulublar. Sünni liderləri baş verənlərdə yerli hərbi komandirin konvoyuna hücumun intiqamını ala biləcək şiə yaraqlılarını günahlandırıblar.
 
Məscidə hücumdan sonra parlamentin iki sünni bloku yeni hakimiyyətin formalaşdırılmasında danışıqlar aparmaqdan imtina ediblər.
 
İraqın yeni baş naziri Hayder Əl-Abadi İŞİD ilə mübarizədə ölkəni birləşdirmək üçün sünni və kürdlərin dəstəyini qazanmaq istəyir.
 

Google+ WhatsApp ok.ru