İŞİD başçısı Bağdadinin öldürüldüyü bildirilir

İraq təhlükəsizlik qüvvələrinin iddiasına görə İŞİD üzvü Əbu Bəkir Bağdadi öldürülüb. İraq təhlükəsizlik gücləri 2 sentyabrda Amirlidə tutulan İŞİD üzvünün Əbu Bəkir Bağdadinin öldürüldüyünü və yerinə də Əbu Müslim Türkmənin gətirildiyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, "Basnews" yazıb ki, təhlükəsizlik qüvvələri adı Əbu Səlman olan İŞİD üzvünün Bağdadinin 3 həftə əvvəl Amerikanın bombardmanı nəticəsində ağır yaralandığını və müalicə üçün Suriyaya göndərildiyini, ancaq ağır yarasından öldüyünü söyləyib.
 
İraq mətbuatı yazır ki, Əbu Salman, "əgər Bağdadinin ölüm xəbəri eşidilsə, İŞİD daxilində qarışıqlıq yaranacağından, dərhal yerinə Əbu Müslim Türkməni gətirildi", - deyib. Ancaq İŞİD başsız qalmasın deyə, İraq və Suriyadakı üzvləri toplanıb yeni birini seçənə qədər Türkməninin qısa müddətə Bağdadinin yerinə keçildiyi təxmin edilir.

Google+ WhatsApp ok.ru