Fələstin hökuməti Qəzzadakı vəzifəsinə laqeydlik edir

Fələstin Parlamentinin spikerini müşaviri Əhməd Bahr, koalisiya hökumətinə çağırış edərək, Qəzzanın yenidən abadlığı, məmur maaşlarının ödənməsi və buna bənzər mövzularda üzərinə düşən vəzifəsini yerinə yetirməsini istəyib.
 
Maide.az-ın məlumatına görə, Əhməd Bahr koalisiya hökumətinə hələ də sadiq olduqlarını və xüsusilə Qəzza zolağının yenidən abadlığı mövzusunda hökuməti dəstəklədiklərini deyib. O, Fələstin Adminstrasiyasının başçısı Mahmud Abbasdan da Misir sərhədinin nəzarətinə üzərinə götürməsini istəyib.
 
Qahirədə imzalanan atəşkəs razılaşmasının tətbiq olunmasına zəmanət verəcək yeganə şeyin Fələstin müqaviməti olduğunu bildirən Bahr, "İşğalçı rejim atəşkəs razılaşmasını pozsa Fələstin müqaviməti xalqımızın haqlarını müdafiə etməyə hazırdır" söyləyib.

Google+ WhatsApp ok.ru