DEVAMM Hacı Vüqar İsgəndərovun inzibati həbsinə etirazını bildirir

DEVAMM-a növbəti narahatedici xəbər daxil olub. Belə ki, Gəncə dindarlarından alınan məlumata görə, dəyərli İslam maarifçisi, ilahiyyatçı Hacı Vüqar İskəndərov (Hacı Vuqar Qarabagi) evinin qarşısında bir neçə mülki şəxs tərəfindən saxlanılıb.
Öncə Gəncə şəhər Baş polis idarəsinə gətirilən ilahiyyatçı, daha sonra Nizami rayon məhkəməsinə aparılmış, burada qondarma ittihamlarla ona 20 sutka inzibati həbs cəzası verilmişdir. Bu həbs üçün heç bir qanuni əsas olmamışdır. 
 
DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) bu halı insan haqlarının kobud surətdə pozulması kimi dəyərləndirir, Hacı Vüqar İskəndərovun təcili azadlığa buraxılmasına çağırır.
Qeyd edək ki, bu gün Gəncədə ilahiyyatçı Hacı Vüqar İsgəndərov həbs olunub.  Məhkəmə ona İnzibati Xətalar Məcəlləsinə əsasən 20 sutka həbs qərarı verib. Gəncə inanclıları bu həbsin Hacı Vüqarın ictimai fəaliyyəti və apardığı uğurlu maarifçilik addımları ilə əlaqələndiriblər. O, Gəncə hadisələrilə bağlı status paylaşmışdı. maide.az/

Google+ WhatsApp ok.ru