İŞİD hər bir barrel nefti 30 dollardan aşağı satır

İraq neft naziri İŞİD terror qruplaşmasının hər bir barrel nefti 30 dollardan aşağı qiymətə satdığını deyib.
 
Maide.az xəbər verir ki, Adil Əbdülmehdi ötən gün bir bəyanatda bildirib: "İŞİD-in neft ticarəti üçün istifadə etdiyi bütün yollar bağlanmalı və terrorçulara heç bir vəchlə neft satışı icazəsi verilməməlidir." 
 
İraq neft nazirinin sözlərinə görə, İŞİD-in neft satışının qarşısını almaq və İraqın bütün qonşu ölkələri ilə koordinasiya, böyük diplomatik dirçəlişə ehtiyaclıdır. 
 
İŞİD-in aşağı qiymətə neft satışı neftin qiymətində təsirli olub və İraq iqtisadiyyatına böyük zərbə vurub. 
 
İraq neft naziri xatırladıb ki, İŞİD terror qruplaşmasının Əllas neft yataqlarının xam neftinin hər bir barrelini 30 dollara satması ilə əlaqədar dəqiq informasiyalar vardır.

Google+ WhatsApp ok.ru