İŞİD ilə böyük savaş başlandı: İraq ordusu Mosula doğru hücuma keçdi

İraq ordusu və terrorla mübarizə xüsusi təyinatlıları Mosul şəhərinin İŞİD ünsürlərindən azad edilməsi üçün hərəkətə keçiblər, - “İRİB”.

"Əl-Aləm" telekanalının verdiyi məlumata görə, İraq ordusunun 9-cu tank əleyhinə diviziyasının da Mosula doğru irəlilədiyi bildirilib. Xəbərə görə İraq ordusunun hərbi helikopterləri də bu əməliyyata güclü dəstək verir. İraqlı mənbələr xalq könüllülərindən formalaşan İmam Əmirəl Möminin (ə) briqadalarının da bu əməliyyatda İraq ordusunun yanında olacağını söyləyiblər.

Digər tərəfdən İraq prezidenti Fuad Məsum da öz müşavirlərindən Üsamə ən-Nüceyfiyə səlahiyyət verərək Mosulun İŞİD-dən azad etmə əməliyyatını yaxından müşahidə etməsi üçün vəzifələndirib. Artıq İraq ordu birlikləri, Peşmərgələr və Mosuldan olan döyüşçülərin əməliyyata qatıldıqları bildirilib.

 

Google+ WhatsApp ok.ru