Sionist hərbçiləri fələstinli məktəblilərə hücum edib

Sionist hərbçiləri bazar ertəsi günü  İordan çayının qərb sahilində  Burin adlı orta məktəbə hücum edib.
Maide.az-ın Qüds xəbər portalına istinadən məlumatına görə, hücum zamanı sionist rejim hərbiçiləri  məktəblilərə qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.
Hücum zamanı bir neçə məktəbli yaralanıb.
Başqa bir xəbərə görə, yüzlərlə fələstinli Mişor Edomim adlı sionist qəsəbənin yaxınlığında sionist hərbçilərə etiraz olaraq aksiya keçirib.
 Sionist hərbçilərinin təkrar  yoxlanışları fələstinlilərin təhlükəsizliyi və sakitliyini pozur.
Sionist hərbçiləri həmçinin Qüds şəhərinin müxtəlif məhəllələrinə hücum edərək 9 nəfəri həbs ediblər. /

 

Google+ WhatsApp ok.ru