Dindarlar su payladıqlarına görə saxlanıldı

Dindarlar polislər tərəfindən təzyiqlə üzləşiblər.
 
Bu gün İmam Hüseynin (ə) mövludu ilə əlaqədar Lənkaran şəhərinin dindarları sakinlərə su paylayıblar. Su paylayan gənclər polis əməkdaşları tərəfindən təzyiqlə üzləşiblər. AzadXeber.az-a məlumat verən şahidlər, dindarların saxlanılaraq bölməyə aparıldığını bildiriblər. Səbəb kimi küçədə bu cür tədbirlərin keçirilməsinin qadağan olunması göstərilib.
 
Saxlanılan dindarlar izahat alındıqdan sonra sərbəst buraxılıblar.

Google+ WhatsApp ok.ru