Siqaret Yalamadan Bakıya gələn elektrik qatarını yandırdı

Bu gün səhər 6:30 - 07:00 radələrində  Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib.
 
Maide.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sərnişin və maşinistlər dərhal evakuasiya olunub.
 
Yanğın nəticəsində xəsarət alan olmayıb.
 
“Artıq araşdırma aparılıb. Məlum olub ki, elektrik qatarında yanğına siqaret səbəb olub. Dəmir yolu yanğın bərpa qatarının vasitəsilə elektrik qatarında yanğın söndürülüb. İndi yol açıqdır. Hazırda yanan qatar depoya gətirilir”, - deyə N. Əzməmmədov deyib.

Google+ WhatsApp ok.ru