`Dini elmlər hövzəsində strateji araşdırmalar mərkəzi yaradılmalıdır` 03 Oktyabr 2016 01:00 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei ötən gün səhər dini elmlər hövzələrinin ali şuralarının üzvləri ilə görüşdə, dini elmlər hövzəsini islami hökumətdən ayrılmaz bir qurum adlandırıb. Maide.Az xəbər verir ki, Ayətullah Xamenei islami hökumətin cəmiyyətin dərinliyi, həmçinin həyatın müxtəlif cəhətlərində islami əhkam və maarifin davam etməsi üçün "günün tələbləri ilə tanış olan, dinamik və yenilikçi, elm sahibi və son dərəcə bilikli" dini elmlər hövzəsinə ehtiyaclı olduğunu bildirib. "Hazırkı şəraitdə dini elmlər hövzəsinin ehtiyaclarından bir qismi hövzədə "dəyişiklik layihəsinin hazırlanması", eləcə də bu dəyişiklik layihəsi və nəzərdə tutulan hədəflər əsasında uzunmüddətli, dəqiq və zaman cədvəlinə malik proqramlaşdırmadır. Dini elmlər hövzəsi müxtəlif sahələrdə, xüsusən elm öyrənmə və elm öyrətmə, icra və hökumət sahələrində proqramlaşdırmaların islami hökumətlə əlaqənin gücləndirilməsi və himayəsi hədəfilə olmalıdır. Dini elmlər hövzəsi islami hökmün həyata keçrilməsinə bir dayaqdır. Buna görə, əgər islami hökumət islami hökmü yaxşı icra edərsə, dini elmlər hövzəsi bütün vücudu ilə onu himayə etməli və əgər səhvə yol verərsə, xatırlatmalıdır". Ali Rəhbər dini elmlər hövzəsi üçün "uzunmüddətli proqram"ın hazırlanmasını zəruri adlandırıb və deyib ki, bu proqramlaşdırmada hədəflər tamamilə aydın, əldə olunası və zaman cədvəlinə malik olmalıdırlar. Belə ki, proqram say baxımından ölçüləsi və elastikliyə malik olmalıdır. "Hövzədən olan zəkalı alimlərin iştirakı ilə "strateji araşdırmalar mərkəzi" yaradılmalı və dəyişiklik proqramı və hövzənin digər strateji proqramları bu mərkəzdə işlənib hazırlanmalıdır". Teqlər : #`Dini elmlər hövzəsində strateji araşdırmalar mərkəzi yaradılmalıdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: MÜBAHİLƏ günü olayı eynilə Məhərrəm ayında da əməli surətdə həyata keçir Ali Rəhbərin iştirakı ilə İmam Hüseynə (ə) əzadarlıq mərasimi keçiriləcək
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB