`Dini elmlər hövzəsində strateji araşdırmalar mərkəzi yaradılmalıdır`

`Dini elmlər hövzəsində strateji araşdırmalar mərkəzi yaradılmalıdır`

Ali Rəhbər Ayətullah Xamenei ötən gün səhər dini elmlər hövzələrinin ali şuralarının üzvləri ilə görüşdə, dini elmlər hövzəsini islami hökumətdən ayrılmaz bir qurum adlandırıb.
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei islami hökumətin cəmiyyətin dərinliyi, həmçinin həyatın müxtəlif cəhətlərində islami əhkam və maarifin davam etməsi üçün "günün tələbləri ilə tanış olan, dinamik və yenilikçi, elm sahibi və son dərəcə bilikli" dini elmlər hövzəsinə ehtiyaclı olduğunu bildirib. "Hazırkı şəraitdə dini elmlər hövzəsinin ehtiyaclarından bir qismi hövzədə "dəyişiklik layihəsinin hazırlanması", eləcə də bu dəyişiklik layihəsi və nəzərdə tutulan hədəflər əsasında uzunmüddətli, dəqiq və zaman cədvəlinə malik proqramlaşdırmadır. Dini elmlər hövzəsi müxtəlif sahələrdə, xüsusən elm öyrənmə və elm öyrətmə, icra və hökumət sahələrində proqramlaşdırmaların islami hökumətlə əlaqənin gücləndirilməsi və himayəsi hədəfilə olmalıdır. Dini elmlər hövzəsi islami hökmün həyata keçrilməsinə bir dayaqdır. Buna görə, əgər islami hökumət islami hökmü yaxşı icra edərsə, dini elmlər hövzəsi bütün vücudu ilə onu himayə etməli və əgər səhvə yol verərsə, xatırlatmalıdır".
 
Ali Rəhbər dini elmlər hövzəsi üçün "uzunmüddətli proqram"ın hazırlanmasını zəruri adlandırıb və deyib ki, bu proqramlaşdırmada hədəflər tamamilə aydın, əldə olunası və zaman cədvəlinə malik olmalıdırlar. Belə ki, proqram say baxımından ölçüləsi və elastikliyə malik olmalıdır. "Hövzədən olan zəkalı alimlərin iştirakı ilə "strateji araşdırmalar mərkəzi" yaradılmalı və dəyişiklik proqramı və hövzənin digər strateji proqramları bu mərkəzdə işlənib hazırlanmalıdır".
 
 
 

Google+ WhatsApp ok.ru