`Diplomatik məsələlərdə ikiüzlülük davam edə bilməz`

Kristina Fernandez de Kirçner: `Bir sualım var: Bu radikal qrupları kim maliyyələşdirir?`

BMT Baş Assambleyası Ümumi Görüşlərində danışan Argentina prezidenti Kristina Fernandez de Kirçner Yaxın Şərqdəki radikal qruplara diqqət çəkib və "Bu ifratçı qrupları kim maliyyələşdirir?", - deyə sual edib.
 
Maide.az xəbər verir ki, Argentinanın rəsmi xəbər agentliyi "Telam"ın yazdığına görə, BMT Baş Məclisi Ümumi Görüşlərində danışan Xanım Kirçner, Argentinanın təşəbbüsü nəticəsində ölkələrin borclarının yenidən qurulmasına dair doqquz prinsipin, BMT üzvü olan 136 ölkənin dəstəyi ilə 10 sentyabrda qəbul edilməsi münasibətilə təşəkkür edib.
 
"Maliyyəçilər siyasəti idarə etməyə davam edə bilməz", - deyən xanım Kirçner, bu prinsiplərin maliyyə sektorunun tənzimlənməsi üçün qəbul edilən ilk təşəbbüs olduğunu vurğulayaraq "kərkəs fondları" kimi səciyyələndirdiyi, müqaviləyə yanaşmayan borclu istiqraz sahiblərinin Argentinaya təcavüz etdiyini xatırladıb.
 
Xanım Kirçner əhalinin 1 faizinin qlobal rifahın 50 faizinə malik olduğuna diqqəti çəkərək, Baş Assambleyaya dünyanın bu bərabərsizliklə nə qədər davam edə biləcəyi sualını yönədib.
 
Xanım Kirçner 1994-cü ildə Argentina Yəhudi Cəmiyyətinə (AMIA) təşkil olunan bombalı hücumun birgə çalışmaqla ortaya çıxarılması üçün İranla 2013-cü ildə keçirilən müqaviləni müdafiə edib. İran ilə cinayət ortaqlığı etdikləri barədə iddiaları rədd edən Kirçnerin, "Elə isə, Obama da  cinayətkardırmı" sualını məclis liderlərinin çoxu alqışlayıb.
 
İran ilə imzalanan nüvə silahlarının yayılmasının qarşısının alınması razılaşmasına istinad edən Xanım Kirçner, "Diplomatik məsələlərdə qeyri-səmimilik və ikili standartlar davam edilə bilməz" deyib.
 
AMIA hücumunu mürəkkəb bir şahmat taxtası kimi səciyyələndirən Xanım Kirçner, bunun xarici qüvvələrin maraqlarını əks etdirən bir hörümçək toruna bənzədir və bu qüvvələrin çoxlu sayda adamı bu tora salmağa adətkar olduğunu söyləyib.
 
Xanım Kirçner çıxışında Yaxın Şərqdəki radikal qrupların narahatlıqverici zorakılıq hərəkətlərinə də toxunub. Onu dinləyən liderlərdən bu qrupların necə maliyyəyələşdirildiyi məsələsini diqqətlə araşdırmalarını istəyən Xanım Kirçner toplantıdakılara, "Bir sualım var: Bu radikal qrupları kim maliyyələşdirir?", - deyə səslənib.

Google+ WhatsApp ok.ru