Divarlar həll yolu deyil

Papa Franciscus: `Divarların sonu necə bitir bilirsiniz, bütün divarlar sökülür, ha bu gün, ha 100 il sonra`

Katolik aləminin ruhani lideri Papa Franciscus Avropanın üzləşdiyi qaçqın böhranında qaçqınların girişinə divar hörərək mane olmağa çalışan ölkələrə "Divarlar həll yolu deyil" söyləyib.
 
Maide.az xəbər verir ki, Papa olaraq seçildiyi 2013-cü ildən bu yana ən uzun müddətli səfərini Kuba və ABŞ-a həyata keçirən Papa Franciscus, barışığına vəsilə olduğu bu iki ölkəyə etdiyi tarixi səfərlərdən sonra ABŞ-ın Filadelfiya şəhərindən Romaya qayıdan zaman təyyarədə onu müşayiət edən jurnalistlərə ciddi açıqlamalar verib.
 
Papa qaçqınların keçidlərini dayandırmaq üçün sərhədlərinə divar hörən ölkələri ad çəkmədən tənqid edərək, "Divarların sonu necə bitir bilirsiniz. Bütün divarlar sökülür. istər bu gün, istərsə də 100 il sonra. Divarlar həll yolu deyil. Problem ortada qalmağa davam edir, həm də nifrətlə" söyləyib.
 
Müharibə əleyhdarı ifadələrini təkrarlayan Papa Franciscus, "Nə vaxt bombardman kəlməsini eşitsəm, Amerika Konqresində dediklərimi təkrar edəcəyəm; ağlıma ölüm və qan gəlir. Bu cür şeylərdən çəkinmək lazımdır" deyə danışıb.
 
Başda Amerika qitəsi olmaqla dünyanın bir çox yerində Katolik Kilsəsinin başını ağrıdan keşişlərin cinsi təcavüz hallarına adlarının qarışması barədə sərt ifadələr işlədən Papa Franciscus, "Bu bir xəyanətdir. Bu, müqəddəs dəyərlərə təhqirdir. Bu cür halları ört-basdır edənlər də günahkardır. Bəzi yepiskoplar da bunu etdi" deyə danışıb.

Google+ WhatsApp ok.ru