Diyarbəkirdə polis avtomobilnə silahlı hücum olub, ölənlər və xəsarət alan var

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda polis avtomobili silahlılarının hücumuna məruz qalıb.
 
Nəticədə 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
 
İnsident nəticəsində  Mehmet Uyar adlı polis əməkdaşının və yoldan keçən mülki vətəndaş  Osman Karanın xəstəxanada keçindiyi, digər mülki şəxs İbrahim Turanın həyatına isə təhlükə olmadığı bildirilir.
 
Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Google+ WhatsApp ok.ru