Diyarbəkirdə polis bölməsinə hücum edilib

Türkiyənin şərqində yerləşən Diyarbəkir vilayətində polis bölməsinə hücüm edilib.
 
Maide.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, polis bölməsi PKK tərəfindən iki müxtəlif nöqtədən atəşə tutulub. Təhlükəsizlik qüvvələri vaxtında cavab atəşi açıblar.
 
Hadisə zamanı ölən olmayıb. Qaranlıq olduğundan hücum edənlər gizlənə biliblər.
 
Diyarbəkirdə irimiqyaslı əməliyyat başlanılıb.

Google+ WhatsApp ok.ru