Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilib

Türkiyənin Ağrı əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilib.
 
Maide.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirildiyi ehtimal edilir.
 
Xatırladaq ki, iyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş vermişdi. Partlayışdan sonra yaranan yanğını qısa müddət ərzində söndürmək mümkün olmuşdu. 

Google+ WhatsApp ok.ru