Diyarbəkirdə jandarma qarşı terror hücumu

Maide.az Türkiyənin "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin cənub-şərqində, Diyarbəkir və Bingöl şəhərləri arasındakı trassda yerləşən jandarmeriya postu qarşısında minalanmış avtomobil partladılıb. PKK terror təşkilatının minalanmış avtomobilinin partlaması nəticəsində ölü və yaralı sayı artıb. Son məlumata əsasən partlayış nəticəsində 3 polis şəhid olub, 24 nəfər yaralanıb.
 
 
Axşam saatlarında baş verən partlayışdan sonra naməlum şəxslər avtomat silahlardan jandarmeriya postunu da atəşə tutublar. Qanun keşikçiləri tərəfindən cavab atəşi açılıb. Hücum edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Hücumun təşkilində qadağan olunmuş Kürd Fəhlə Partiyasının üzvləri şübhəli bilinir.

Google+ WhatsApp ok.ru