Amnistiya Təşkilatı: Ğzbəkistan müsəlmanlarına dəhşətli işkəncələr verilir

Beynəlxalq Amnistiya Təşkilatı Özbəkistanda istintaq altında olanlara və məhbuslara edilən işgəncə hadisələrinə qarşı kampaniya başlandığını bildirib.
 
Maide.az xəbər verir ki, Özbəkistanın 25 il əvvəl müstəqillik elanından bu yana, əksəriyyəti müsəlman olan xalqın Kommunist Sovet rejimindən sonra yenidən öz dinlərinə yönəlməsinin qarşısını almaq üçün Kərimov rəhbərliyi tərəfindən təzyiq edildiyi bildirilir.
 
Əfv Təşkilatı Kərimov rejiminin tətbiq etdiyi təzyiq və pis rəftarla bağlı hesabatlarının Özbəkistanda məhkumlara qarşı edilən işgəncə və pis rəftar probleminə işıq salacağına ümid edir. Təşkilata görə, hökumətin tətbiq etdiyi işgəncələr Daşkənd yaxınlığındakı məşhur Taşturma, ölkənin şimalındakı Karakalpakistan rayonunda müstəqillik illərində xüsusi olaraq yaradılan və xüsusən müsəlman müxaliflərin həbs düşərgəsi kimi tanınan Jaslik həbsxanası və Özbəkistan Kəşfiyyatının məhbus evlərində keçirilir.
 
Amnistiya Təşkilatının hesabatında, "Bu həbsxanalarda baş verən işgəncələr ən təcrübəli insan hüquqları fəalları və hüquqşünasları belə dəhşətə salır" deyilir.
 
Amnistiya Təşkilatı insan haqları müdafiəçiləri və tərəfdarlarını Özbəkistandakı həbsxanalarına, "Biz burada edilən işgəncələri bilirik və dərhal bu dəhşətli zülmü dayandırmaq istəyirik" məzmunlu bir məktub göndərmələrini istəyib.

Google+ WhatsApp ok.ru