İçdiyimiz suyun keyfiyyəti necədir?

İçdiyimiz suyun keyfiyyəti necədir?

-- xəstəliklərin 80%-i keyfiyyətsiz su istifadəsi nəticəsində yaranır

"Exo" qəzetində "Bakıda fasiləsiz su verilməsini ancaq arzulamaq olar?" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif paytaxtın su ilə təminatını "Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı və ekoloq Fəridə Hüseynova ilə müzakirəyə çıxarır.
 
Yazı müəllifi deyir ki, Bakının bəzi rayonlarında əhainin su ilə fasiləsiz təmin olunması faktdır, amma hələ də paytaxtın bəzi yerlərində su müəyyən qrafiklə verilir.
 
A.Cəbrayıll deyir ki, bütün ölkənin fasiləsiz su ilə təmin edilməsi gündəlikdə deyil, amma paytaxta gəlincə, bunun üçün nə lazımdırsa edilir: "Hazırda Bakı üzrə abonentlərin 81%-i fasiləsiz su ilə təmin edilir, qalan 19% abonentə su qrafik üzrə verilir. Bütün abonentlərin su ilə təmin edilməməsi texniki məamlarla bağlıdır. Amma problemi həll etməyə çalışırıq, bunun üçün son iki ildə 200 nasos stansiyası tikilib, yeni su magistral xətləri çəkilib". Mətbuat xidmətinin rhəbəri bu sahədə vəziyyəti qəzetə belə şərh edir.
 
A.Cəbrayıllı deyir ki, hazırda "Azərsu"yun önündə paytaxtda fasiləsiz su ilə təmin edilən abonentlərin 90%-ə qaldırılması əsas hədəfdir.
 
Müəllif verilən içməli suyun keyfiyyəti məsələsini isə ekoloq F.Hüseynova müzakirə edir.
 
F.Hüseynova deyir ki, Oğuz-Qəbələ-Bakı su kəmərilə paytaxt sakinləri təmiz su ilə təmin edilirlər, amma problem bu su bütün paytaxt sakinləri üçün yetərli deyil.
 
Ekoloq deyir ki, Bakı yaxşı keyfiyyətilə seçilən şollar suyu ilə də təmin edilir, amma bəzi mənbələrdən verilən sular keyfiyyətli hesab oluna bilməz: "Paytaxta Ceyranbatan su anbarından da su gəlir, amma bu suyu təmiz saymaq olmaz, Kür çayından sakinlərin evlərinə verilən suyun keyfiyyəti isə daha pisdir.
 
Bəzən Kür süyunu şollar suyuna qataraq verirlər, amma bu, mənasız bir işdir, bununla suyun keyfiyyəti yaxşılaşa bilməz".
 
Ekoloq hesab edir ki, məhz xəstəliklərin 80%-i keyfiyyətsiz su istifadəsi nəticəsində yaranır.
 
F.Hüseynova deyir ki, texniki suyu təmizləmək üçün onu güclü şəkildə xlorlaşdırırlar, belə suyu içən quşlar bəzən bundan ölürlər.
 
Ekoloq hesab edir ki, indiki halda Xəzər dənizi suyunun təmizlənməsi vasitəsilə texniki məqsədlər üçün istifadə etmək olar.
 
Amma ekoloq xəbərdarlıq da edir ki, belə sular nə qədər təmizlənsə də içmək üçün yararlı olmur, əgər təmizlənsə belə baha başa gəldiyi üçün maraq doğurmur.
 

Google+ WhatsApp ok.ru