İŞİD komandiri 6 milyon dolları götürüb qaçdı

İŞİD-in “zəkat fondunun” məsul komandiri Əbu Fatma ləqəbli terrorçu 6 milyon dolları götürüb qaçıb.
Maide.az xəbər verir ki, ötən ay İŞİD terrorçu qruplaşmasının önəmli komandirlərindən olan Əmmar əl-Həddavinin pul və sənədləri götürərək Türkiyəyə qaçmasından sonra terrorçular arasında qəribə hadisələr cərəyan etməyə başlayıb.
Belə ki, bu günlərdə terrorçu qruplaşmanın “zəkat fondunun” komandiri sayılan Əbu Fatma ləqəbli şəxs İŞİD-ə məxsus 6 milyon dolları götürərək aradan çıxıb.
Əbu Fatma İŞİD idarəçilərinə də belə mesaj buraxıb:
“Nə İslam Dövləti, xə xilafə? Ey axmaq oğulları!”./

Google+ WhatsApp ok.ru