Sionist əsgərlər əlil arabasındakı fələstinlini həbs ediblər (Video)

Təcazvüçü İsrail rejiminin əsgərləri daha bir skandal hərəkət ediblər.
Maide.az xəbər verir ki, İsrail parlamentinin daş atan şəxslərə 20 il həbs verilməsi haqqında qanunu qəbul etməsindən sonra azğınlaşmış əsgərlər müxtəlif bəhanələrlə fələstinliləri həbs edir. Aşağıdakı videoda sionist rejim  əsgərləri Qüdsdə 20 yaşlı əlil oğlanı daş atmasını səbəb göstərərək həbs edib.
Əsgərlər iddia ediblər ki, Xəlil Əbu Absa adlı həmin oğlan Şam Qapısı önündə tramvay yoluna daş atıb.
Qeyd edək ki, İsrail həbsxanalarında minlərlə fələstinli şəxs müxtəlif iddialar üzrə həbsdə saxlanılır. /
 

Google+ WhatsApp ok.ru