Təyyarə eniş etdi, 8 nəfər yaralandı 08 İyul 2015 01:00 Xəbərlər Çində təyyarənin yük bölməsində yanğın siqnalı ilə əlaqədar təcili eniş zamanı 8 sərnişin xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “Sinxua” agentliyi xəbər verir. Bu gün “Hainan Airlines” şirkətinə məxsus Hefey-Quançjou aviareysini həyata keçirən təyyarə havaya qalxdıqdan sonra yük bölməsində baş vermiş yanğın siqnalı ilə əlaqədar aeroporta qayıtmalı olub. Məlumatda deyilir ki, göyərtədə olan 160 sərnişin və ekipaj üzvü təxliyə edilib. Xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğın sisteminin işə düşmə səbəbini müəyyənləşdirə bilməyiblər. / Teqlər : #Təyyarə eniş etdi,#8 nəfər yaralandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD mövqelərinə bir gündə 38 hava hücumu təşkil edilib Liviyada atışma 20 ölü , 50 yaralı var