DİN polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yaydı

Zaqatalada polis məntəqəsində partlayış baş verib.
 
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, mayın 1-də saat 07.30 radələrində Zaqatala  RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.
 
Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
 
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
 

Google+ WhatsApp ok.ru