Sumqayıtda xəstə özünü binadan atdı

Sumqayıtda intihar hadisəsi baş verib. Dəhşətli hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb. Məlumata görə, xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib və əmin şəxs elə yerindəcə keçinib.
Xəstəxana ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı. Telefon zənglərinə cavab verən tapılmadı. Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən isə xeberle.com-a hadisə barəsində məlumatsız olduqlarını bildirdilər.
Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru