Dünya əhalisi 11 milyard olacaq

BMT tədqiqatçıları və Vaşinqton Universitetinin alimləri iddia edirlər ki, 2050-cil ildən sonra planet əhalisinin artması sabitləşməyəcək və XXI əsrin sonunadək artım davam edəcək. 2100-cü ildə Yer kürəsinin əhalisi 11 milyard insan təşkil etməlidir. Bu, əvvəlki rəqəmlərdən iki milyard çoxdur.
 
Hesabat "Science" jurnalının son nömrəsində dərc olunub.
 
Tədqiqatçılar son statistik məlumatları 2014-cü ilin iyulunda BMT-yə təqdim ediblər. Əsrin sonunadək yer kürəsinin əhalisi 80 faiz artaraq, 7,2 milyarddan 9,6-12,3 milyarda çatacaq. Ancaq 1990-cı illərdə demoqraflar düşünürdülər ki, planet sakinlərinin sayı 9 milyarda çatdıqdan sonra sabitləşcək və hətta azalma prosesi başlayacaq.
 
Ən çox artım Afrikada gözlənilir, belə ki, burada əhali dörd dəfə, 1 milyarddan 4 milyarda qədər artacaq. Başqa qitələrdə vəziyyət daha sabit olacaq. Asiyada indi 4,4 milyard insan yaşayır, 2050-ci ildə bu rəqəm təqribən 5 milyard olacaq. Sonra bu qitədə əhali azalmağa başlayacaq. 
 
Şimali Amerikada, Avropada və Latın Amerikasında ayrı-ayrılıqda əhalinin sayı 1 milyarddan az olacaq.
 
BMT-dən olan demoqraf Patrik Qerland deyib ki, əvvəlki proqnozlar konkret ssenarilərə əsaslanırdı və buna görə də qeyri-müəyyən idi. Bizim tədqiqatımız isə daha əsaslı statistikaya söykənir.

Google+ WhatsApp ok.ru