Suriyada İordaniyalı 40 İŞİD terrorçusu öldürüldü

Yaxın zamanda İordaniyadan Suriyaya keçərək İŞİDə qatılan 40 terrorçunun öldürüldüyü açıqlandı.
 
Maide.az "Russia Today"a istinadən xəbər verir ki, Suriyaya keçdikdən sonra qarşıdurmalarda öldürülən 40-a qədər vahhabi terrorist əvvəllər İordaniyada bəzi təxribat hərəkətlərinə qatıldıqları üçün həbs olunubmuş.
 
İordaniyada çıxarıldıqları məhkəmədə dəlil çatışmazlığı üzündən pul müqabilində azadlığa buraxılan terrorçular İŞİDə qatılmaq üçün Suriyaya keçiblər.
 
ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Suriyadakı silahlı qrupların öyrədildiyi bazaya çevrilən İordaniyanın İŞİD-in özünə istiqamətli bir təhdid olmağa başlamasından sonra sələfi qruplara qarşı tədbirlər görməyə başlayıb.
 
İordaniya rəhbərliyi dünən də sələfilərin ideoloqu olan Əbu Məhəmməd əl-Makdisini həbs edib.
 
İŞİD-Nusra qarşıdurması zamanı Nusranı dəstəkləyən Makdisinin İŞİDə qarşı qurulan beynəlxalq koalisiyadan sonra "Müsəlmanlara qarşı səlib yürüşü başladıldığı"nı söyləyərək, İŞİDə istiqamətli tənqidlərini kəsibmiş.

Google+ WhatsApp ok.ru