Dünya bu qadından danışır

Dünya Argentina prezidenti Kristina Fernandezin BMT-dəki çıxışını müzakirə edir. Fernandez ABŞ prezidenti Barak Obamanın da qatıldığı Birləşmiş Millətlər Təşkilatının toplantısında ABŞ-ın terrorla əlaqədar siyasətini sərt sözlərlə tənqid edərkən Obamanın Fernandezi düşüncəli şəkildə dinləməsi diqqət çəkib.
 
Maide.az-ın məlumatına görə, Fernandez çıxışında Papa Francisin sülh çağırışını düzgün olduğunu söyləyərək, ABŞ-ın ünvanına "terrorizm canavarını yaratdılar və bu canavar hazırda nəzarətdən çıxdı" deyib.
 
Argentina prezidneti, "keçən il burada toplandıqda Bəşşar Əsəd hakimiyyətini terrorist kimi göstərib, ona qarşı edilənlərin inqilab olduğunu söyləyərək, dəstəklədiniz. İndi isə dünən "inqilabçı" dediyiniz radikal terrorçulara qarşı müharibə aparırısınız. İŞİD və Əl-Qaidənin əlindəki silahları kim verib? Böyük güclər çox asan şəkildə dost və düşmən anlayışını dəyişdirir. Terrorçular dost olur, dostlar isə terrorist. Hizbullahı terrorçu təşkilatlar siyahısına qoymuşdunuz, amma sonradan Livanda böyük bir xalq dəstəyinə malik, hörmətli təşkilat olduğu aydınlaşdı. 1994-cü ildə Buenos Ayresdə İsrail səfirliyinə edilən bombalı hücumda İran barmağı axtardınız, ancaq elə olmadığı dəqiqləşdi. 11 Sentyabrdan sonra Əl-Qaidə terroru adı ilə Əfqanıstan və İraqa müharibə açdınız, o ölkələr indi dünyanın ən ağır vəziyyətini yaşayır. "Ərəb Baharı"nı Tunis, Liviya və Misirdə başladaraq, radikal terrorçuları öz əlinizlə orada iqtidara gətirdiniz. Bölgə xalqlarının azadlıqlarını qəsb etdiniz. Bu gün burada İŞİD-ə qarşı BMT qərarı çıxarmaq üçün toplandıq, halbuki İŞİD-in bəzi BMT Təhlükəsizlik Şurası ölkələrinin himayəsi altında dostları tərəfindən yaradılıb, bəsləndiyini hər kəs görür" sözləri ilə ABŞ siyasətini açıq şəkildə tənqid edib.

Google+ WhatsApp ok.ru