Məscid müxtəlif dinlərdən olan insanları sığınacaq və qida ilə təmin etdi

Kəşmirin Srinaqar bölgəsində yaşayan müsəlman icması sentyabrın birinci on günlüyündə fəlakətli seldən ciddi zərər çəkən  induistlərə yardımını əsirgəməyib və onlara məscidlərində sığınacaq verib. 

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Chəlum çayının daşması nəticəsində şəhərin yarısı sular altında qalıb, ağır humanitar vəziyyət yaranıb. "Bir qrup turist məscidə müraciət edib və İmam Əcaz Əhməddən yardım istəyiblər.  Müxtəlif dinlərdən olan 25 nəfər turist məsciddə sığınacaq tapıb, onlar qida ilə təmin olunub  və onlara öz dini inanclarına uyğun olaraq ibadət etmələri üçün şərait yaradılıb."

İnduist Ceyn Sinqx həyat yoldaşı və 3 uşağı ilə birgə daxmasının uçulduğunu görəndə onun son ümidi məscid olub. Sinqx minnətdarlıqla deyir "Mən məscidə getdim, imam bizə süd və başqa ərzaqlar verdi."

Məscidin icması hətta insanları fəlakətdən xilas etmək üçün rayona gələn hərbçiləri də su və qida ilə təmin edir. //

 

Google+ WhatsApp ok.ru