Dünyada 21,3 milyon nəfər qaçqın var

Dünyada 21,3 milyon nəfər qaçqın var

2016-ci ildə dünyada qaçqınların sayı 21,3 milyon nəfər olub.
 
Maide.Az xəbər verir ki, BMT-nin hesabatına görə, məcburi köçkünlərin əksəriyyəti, Suriya, Əfqanıstan, Cənubi Sudan və Burundidəndir.
 
Ən çox qaçqın qəbul edən ölkə isə İordaniya, Türkiyə, Livan, Pakistan, Keniya, İran, Uqanda, Çad, Efiopiya və Konqo Respublikasıdır.
 
Məcburi köçkünləri qəbul edən ölkələrin çoxu onların ehtiyaclarını lazımi şəkildə qarşılaya bilmir. Məhz buna görə də miqrantlar üçün təhlükəli də olsa onların dənizlə Avropa sahillərinə getməsi məqsədə uyğundur. Bütün bunlar qlobal böhranı dərinləşdirir. 
 

Google+ WhatsApp ok.ru