Dünyada ilk müsəlman qadın prezident Tunisdə seçilə bilər

Tunis tarixində ilk dəfə olaraq presidentliyə qadın namizədliyini irəli sürüb. Hakim Gülsüm Kannu ilk qadın namizəd olaraq Tunis tarixində yer alıb. 

Maide.az-ın məlumatına görə, Kannu Tunis məhkəmə sistemində ən yüksək instansiya olan kassasiya məhkəməsində işləyir. O, təkcə Tunis tarixində ilk qadın dövlət başçısı yox, dünyada ilk müsəlman qadın dövlət başçısı olmağa namizəddir. 
 
Hal hazırda Gülsüm Kannu seçki qabağı kampaniya ilə əlaqədar ölkə ərazisində səyahət edir. 
Müsəlman qadın 15 000 imza toplamağa nail olub. O, Tunis presidenti olmaq üçün 24 kişi namizədlə mübarizə aparır. //

 

Google+ WhatsApp ok.ru