Dünyada nə qədər halal məhsul satılır?

 
2018-ci ilədək Dünyada halal brendli məhsulların satış dəyəri 1,6 trilyon dollara qədər artacaq. 
Maide.az-ın "Emirates24|7" xəbər saytına istinadən məlumatına görə,  2013-cü ildə 1,1 trilyon dollar məbləğində qiymətləndirilən halal məhsulların (ərzaq və su) bazarının satış dəyəri  üç il ərzində iki dəfə çoxalacağı güman edilir.
Dubay Sənaye və Ticarət Palatasıın hesablamalarına görə, halal məhsulların (ərzaq və su) bazarının satış dəyəri 2018-ci ildə 1,6 trilyon dollar olacağı  təxmin edilir. 
Dubay Sənaye və Ticarət Palatası elan edib ki, 2012-ci ildə halal məhsulların bazarının 16.6 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. 
Məlumata əsasən,  halal məhsulları əsasən Yaxın Şərq, Asiyanın cənub şərq ölkələri və Afriqanın şimal və cənub bölgələrində daha çox satılır. 
2012-ci ilin statistikasın görə, halal məhsullar İndoneziyada 197 milyard dollar dəyərində və Türkiyədə 100 milyard dollar dəyərində satışı həyata keçirilib /
 

Google+ WhatsApp ok.ru